Mahir Emreli 76 dəqiqə oynadı, “Rakov” qələbə qazandı

22.11.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Polşanın “Rakov” futbol komandasında çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli ölkə çempionatının 15-ci turunda “Vidzev”lə görüşdə iştirak edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, Çenstoxovada keçirilən matça əsas heyətdə başlayan 29 yaşlı futbolçu 76-cı dəqiqədə İsак Brusberqlə əvəzlənib.

Hesabı 17-ci dəqiqədə “Rakov” açıb. Vladislav Koçerhinin ötürməsindən sonra Oskar Repka fərqlənib. İlk hissə meydan sahiblərinin minimal üstünlüyü ilə başa çatıb.

İkinci hissənin 52-ci dəqiqəsində Yulian Şehu hesabı bərabərləşdirib. Lakin “Rakov” 82-ci dəqiqədə yenidən önə keçib. Boqdan Rakovitsanın vurduğu qol komandasına üç xal qazandırıb.

Mahir Emreli start heyətində yer alsa da, görüşdə qol vura bilməyib.

Bu nəticə ilə “Rakov” xallarının sayını 15-ə çatdıraraq 13-cü pilləyə yüksəlib. “Vidzev” isə 14 xalda qalıb.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью