Mahir Emreli Almaniya klubundan ayrılacaq RƏSMİ

06.05.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 6 may, AZƏRTAC

Almaniyanın “Nürnberq” klubu bu mövsümün sonunda Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə yollarını ayıracaq.

AZƏRTAC 2-ci Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu ilə başa çatan müqavilənin müddəti uzadılmayacaq. Tərəflər artıq bununla bağlı razılığa gəliblər.

Qeyd edək ki, Mahir Emreli ötən ilin avqust ayında “Nürnberq”lə 1 illik müqavilə imzalamışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью