Mahir Emreli baş məşqçini sevindirdi

16.06.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Nürnberq”də kollektiv məşqə qoşulub.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Buna qədər fərdi hazırlaşan hücumçu artıq komanda ilə məşqlərə başlayıb. Baş məşqçi Miroslav Kloze Mahirlə bağlı bunları deyib:

“Çox şadam ki, Mahir indi komanda ilə məşqlərin bir hissəsində iştirak edir”.

Mahir komanda hazırlığına qatılsa da, hələ meydana çıxması üçün bir az vaxt lazımdır.

Emreli ötən ay Zaqreb “Dinamo”sundan ayrılaraq “Nürnberq”ə keçib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью