Mahir Emreli Berlin klubunun təklifini geri çevirdi

03.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Nürnber"də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli II Bundesliqanın digər təmsilçisinin təklifini rədd edib.

Oxu.Az "Club Focus" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu "Herta" (Berlin) kollektivindən gələn təklifə "yox" deyib. Forvardın hələlik karyerası ilə bağlı qərar vermədiyi bildirilib.

Qeyd edək ki, Mahir Emreli mövsümün əvvəlindən "Nürnberq"də çıxış edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью