Mahir Emreli bu komandaya qarşı oynayacaq

06.01.2025

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin hücumçu Mahir Emrelinin formasını geyindiyi Almaniyanın “Nürnberq” klubu mövsümün ikinci yarısının hazırlıqlarına başlayıb.

Sportal.az xəbər verir ki, ötən gün Miroslav Klozenin rəhbərlik etdiyi kollektiv ilin ilk məşqinə çıxıb, bu gün isə Herzogenauraxda təlim-məşq toplanışına start verib.

Emrelinin komandası yanvarın 10-na kimi burada qalacaq. Yanvarın 12-də isə İkinci Bundesliqa klubu “İnqolştadt”la iki yoldaşlıq oyunu keçirəcək.

Oyunların yeri və vaxtı hələ açıqlanmayıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью