Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. “Almaniyada ölkəmizi təmsil edirik.
Buna görə hər attığımız addım önəmlidir. Həmişə ölkədən kənarda oynamaq, dünyaya bizim futbolçuları göstərmək, oyunçularımız üçün qapı açmaq
Düşünürəm ki, ölkəmdəkilərin də mənə böyük ümidləri var. Onları məyus etməmək üçün əlimdən gələni edəcəm”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Almaniyanın “Nürnberq” komandasında çıxış edən millimizin futbolçusu Mahir Emreli deyib.
27 yaşlı futbolçu son matçda “Fortuna” ilə edilən heç-heçəyə (2:2) də toxunub: “Ardıcıl iki oyundur ki, son dəqiqələrdə qol buraxırıq.
Bu səbəbdən özümüzü pis hiss edirik. Çünki rəqiblərdən daha yaxşı oynayırdıq.
Növbəti görüşlərdə yaxşı nəticələr qazanacağımıza ümid edirəm”.
Emreli həmçinin qarşıdakı “Elversberq”lə oyun barədə danışıb: “Rəqibi təhlil edirik. Özümüzü növbəti qarşılaşmaya hazırlayacağıq.