Icma.az, Qol.az saytına istinadən bildirir.
Mahir Emreli bugünkü oyunun start heyətində
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Dünən 2026/27 mövsümü Polşa çempionatına start verilib.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni komandası “Rakuv” 1-ci turda ilk matçını bu gün keçirir. Onlar “Visla”nı (Plotsk) qəbul edir.
M.Emreli əsas heyətdə yer alıb. Matç Bakı vaxtı ilə saat 16:45-də başlanacaq.
Xatırladaq ki, Emreli bu həftə "Rakuv”dakı debüt oyununda bir qol vurub. O, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Valletta" (Malta) ilə keçirilən görüşdə (3:1) rəqib qapısına yol tapıb.