Mahir Emreli: Cüzi də olsa, C Liqasında qalmaq şansımız var

18.11.2024

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Cüzi də olsa, C Liqasında qalmaq şansımız var.

Report  xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli İsveç yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

O, sabah güclü rəqibə qarşı mübarizə aparacaqlarını bildirib:

"Cüzi də olsa şansımız var, rəqib bizə çox yaxşı məlumdur. Yaxşı çıxış edib, uğuru nəticə qazanmaq istəyirik. Hər bir hücumçunun istəyi qol vurmaqdır. Lakin qolu kimin vurmasından asılı olmayaraq, əsas yığmanın uğurlu nəticə qazanmasıdır".

Qeyd edək ki, noyabrın 19-da Solna şəhərindəki "Friends Arena”da keçiriləcək İsveç – Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 23:45-da səsləndiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью