Mahir Emreli ehtiyatda qaldı

21.12.2024

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 17-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" doğma meydanda "Ayntraxt Braunşveyq"i qəbul edir.

Komandaların saat 23:30-da start götürəcək oyunda meydana çıxacağı heyətlər müəyyənləşib. Mahir matça start heyətində başlamayacaq. 27 yaşlı forvard ehtiyat oyunçular skamyasında yer alıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью