Mahir Emreli “fərqləndi”

05.04.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” II Bundesliqada növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda XXVIII turda “Hamburq”u qəbul edib. Matç qonaqların qələbəsiylə başa çatıb – 3:0.

Mahir bu oyuna 57-ci dəqidədə daxil olub və sona qədər oynayıb. O, 78-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

“Nürnberq” 28 turdan sonra 41 xalla 9-cu sıradadır. “Hamburq” isə 52 xalla birincidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью