Mahir Emreli: Hədəfə çatmaq üçün əlimdən gələni edəcəyəm

24.06.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniya təmsilçisi "Kayzerslautern"a transfer olunan Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni klubunda çatmaq istədiyi hədəflərinin olduğunu bildirib. Sport24.az xəbər verir ki, 27 yaşlı futbolçu barədə klubun rəsmi saytına açıqlamasında söyləyib.

"Kayzerslautern" böyük kollektivdir. Almaniya karyerama başlamazdan əvvəl bu komandanı tanıyırdım. Ötən mövsüm "Nürnberq"in heyətində çıxış edərkən "Kayzerslautern" stadionunun atmosferi və azarkeşləri ağlımda qalmışdı. Mənə güvənən hər kəsə təşəkkür edirəm. Mənə göstərilən etimadı doğrultmaq üçün səbirsizlənirəm. Hədəflərimizə çatmaq üçün əlimdən gələni edəcəyəm", - M.Emreli deyib.

Qeyd edək ki, Mahir Emreli bu gün "Kayzerslautern" klubu ilə 3 illik müqavilə bağlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью