Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Nürnberq"in baş məşqçisi Miroslav Kloze futbolçusu Mahir Emreliden narazılıq edib.
Publika.az "Blid"ə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis bu barədə "Hamburq"la 1:1 hesablı bitən və Azərbaycan millisinin üzvünün qol vurduğu görüşü şərh edərkən danışıb:
“Mənə görə Mahir o qədər də yaxşı oynamadı. O, topa qarşı kifayət qədər hərəkət etmədi və çevik olmadı”.
Almaniyalı həmkarlarımız isə Klozenin fikri ilə razılaşmayaraq Mahirin də tərkib hissəsi olduğu "Nürnberq"in hücum xəttinin son oyunlarda kifayət qədər məhsuldar olduğunu vurğulayıb.
Qeyd edək ki, Mahir yeni komandasının heyətində keçirdiyi son 4 oyunun hamısında qol vurub.
Heybət