Mahir Emreli Herta nın təklifinə yox deyib

22.04.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycan millisinin hücumçusu Mahir Emreliyə Almaniya 2-ci Bundesliqasında yarışan “Herta”nın təklifindən imtina edib.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, onun “Nürnberq”də qalmaq istəyində olduğu bildirilir.

Lakin hələ ki bu klubla da yeni müqavilə ilə bağlı konkret razılıq əldə olunmayıb. 27 yaşlı hücumçunun yeni komandasının adı mövsümün sonunda dəqiqləşəcək.

Qeyd edək ki, Mahir mövsümün əvvəlində “Nürnberq”lə 1 illik müqavilə imzalamışdı. Tərəflər arasında danışığa əsasən razılaşdırılmışdı ki, “Nürnberq” yüksək liqaya çıxmayacağı təqdirdə, Emreli azad agent statusuna malik olacaqdı. Hər halda, azərbaycanlı futbolçu hazırkı komandasında qalmaq qərarı da verə bilər.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью