Mahir Emreli het trik etdi, komandası qələbə qazandı

18.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunda het-trikə imza atıb.

Oxu.Az xəbər verir ki, 28 yaşlı hücumçu II Bundesliqanın 34-cü turunda "Ayntaxt Braunşveyq" ilə səfər matçında 3 qol vurub.

Emreli 10-cu, 20-ci və 45+1-ci dəqiqələrdə fərqlənib. Futbolçu ikinci qoldan sonra sarı vərəqə alıb və ikinci hissənin sonlarında əvəzlənib.

Görüş "Nürnberq"in 1:4 hesablı qələbəsilə yekunlaşıb.

Həmyerlimizin çıxış etdiyi klub çempionatı 48 xalla 10-cu yerdə bitirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью