Mahir Emreli ilə bağlı qərar rəsmi

11.06.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan millisinin üzvü Mahir Emreli mövsümün sonunda “Nürnberq”dən ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. II Bundesliqa təmsilçisi hücumçu ilə müddəti başa çatacaq müqaviləni uzatmayacaq.

Mahir mövsümün əvvəlində “Nürnberq”ə keçib. O, II Bundesliqada 22 oyunda 7 qol vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью