Mahir Emreli: İslandiya ilə oyundakı məğlubiyyəti unutdurmaq istəyirik

08.09.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 sentyabr, AZƏRTAC

Sabah bizi ağır oyun gözləyir. Rəqib haqqında danışmağa ehtiyac yoxdur. Usta futbolçulardan ibarət heyəti var. Onlar da buraya motivasiyalı gəliblər. İslandiyaya məğlubiyyəti unutdurmaq üçün əlimizdən gələni edəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli DÇ-2026-nın seçmə mərhələsində Bakıda Ukrayna yığmasına qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

Hücumçu ilk matçdakı məğlubiyyətin komandaya mənfi təsir etdiyini bildirib: “Belə oyunlardan sonra qarşıdakı matçlara köklənmək çətin olur. Futbolda bu cür hallar olur. Ardıcıl qələbə qazanmamaq üzərimizdə təzyiq yaradır. Hamımız məsuliyyəti dərk edirik. Yaxşı nəticə qazana bilsək, bu, təzyiqi azalda bilər. Sabah yaxşı nəticə qazanmaq istəyirik”.

Qeyd edək ki, sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Ukrayna oyunu saat 20:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью