Mahir Emreli karyerasını Azərbaycanda davam etdirəcək? ÖZÜ AÇIQLADI

01.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Bundesliqaya vəsiqə qazanacağımız təqdirdə sözləşmənin müddəti uzadılacaq. Amma elitaya vəsiqə əldə edə bilməsək, qalmaya bilərəm. Hazırkı durum bunu göstərir".

Oxu.Az xəbər verir ki, bu sözləri "Report"a müsahibəsində Azərbaycan millisinin və Almaniyanın "Nürnberq" klubunun futbolçusu Mahir Emreli deyib.

M.Emreli "Nürnberq"dən ayrılacağı təqdirdə karyerasını Azərbaycanda davam etdirib-etdirməyəcəyi ilə bağlı suala da cavab verib:

"Klubdan ayrılıb-ayrılmayacağımı bilmirik. Bu barədə düşünmürük. Hələlik plan qurmamışıq. Kim məni komandasında daha çox görmək istəyirsə, doğru addım nədirsə, mənim üçün nə xeyirlidirsə, onu da edəcəyik. Agentlərim və ailəmlə müzakirə edəcəyik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью