Mahir Emreli karyerasını Cənubi Koreyada davam etdirə BİLƏR

24.02.2025

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniyanın "Nürnberq" klubunun azərbaycanlı hücumçusu Mahir Emreli Cənubi Koreyanın “Seul” klubuna keçmək variantını hələ ki konkret qərar verməyib. 
Bizim.Media xəbər verir ki, Emreli hazırda koreyalıların təklifini götür-qoy edir. 
Məhz buna görə Mahir Almaniya 2-ci Bundesliqasının 23-cü turunun “Herta” ilə oyununda (0:0) heyətdə yer almayıb. 
Qeyd edək ki, Emreli mövsümün əvvəlində “Nürnberq”lə 1+1 illik müqavilə imzalayıb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью