Mahir Emreli Kayzerslautern ə vurduğu qoldan sonra paylaşım etdi

14.04.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

“Nürnberq”in azərbaycanlı hücumçusu Mahir Emreli Almaniya 2-ci Bundesliqasının 29-cu turunda “Kayzerslautern”ə qarşı oyunda (2:1) vurduğu qola münasibət bildirib.

Fanat.Az xəbər verir ki, “İnstagram” səhifəsində paylaşım edən Emreli bunları yazıb:

“Haqqımda çox danışıldı, çox yazıldı, həqiqətə uyğun deyildi. Amma mən sakit qaldım və israrla öz üzərimdə çalışdım, hörmətimi itirmədim. Nə üçün mübarizə apardığımı göstərdim. Bu, üç xaldan daha vacibdir. Bu məqsəd mənə inananların hamısı üçündür: komanda yoldaşlarım, məşqçilərim və xüsusən də, azarkeşlər… Növbəti oyunda görüşərik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью