Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

27.09.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 27 sentyabr, AZƏRTAC

UEFA Millətlər Liqasının D Divizionunda Litva ilə oyunda qol vuran Azərbaycan millisinin futbolçusu Mahir Emreli sevincini fərqli şəkildə qeyd edib.

AZƏRTAC xəbər verir ki, Kaunas şəhərində keçirilən görüşün 14-cü dəqiqəsində fərqlənən hücumçu azərbaycanlı azarkeşlərin olduğu sektora yaxınlaşaraq əsgər salamı verib.

Xatırladaq ki, sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Forvard bu qolla hesabı bərabərləşdirib.

Qeyd edək ki, Litva - Azərbaycan matçında hazırda ilk hissə oynanılır və hesab 1:1-dir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью