Mahir Emreli: Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik

26.09.2026

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mahir Emreli Litvaya yaxşı nəticə qazanmaq üçün gəldiyini deyib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan millisinin futbolçusu bunu mətbuat konfransında deyib.

O, Millətlər Liqasına qələbə ilə başlamağın vacibliyini bildirib:

"Yaxşı hazırlaşmışıq. Çətin rəqiblə oyuna çıxacağımızı bilirik. Məqsədimiz müsbət nəticə qazanmaq olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik. Özümü yaxşı hiss edirəm. Sabah komandama kömək etməyə hazıram".

Qeyd edək ki, Litva - Azərbaycan oyunu sentyabrın 27-də, Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərində baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью