Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Nürnberq”in azərbaycanlı hücumçusu Mahir Emreli Almaniya II Bundesliqasının 29-cu turunun “Kayzerslautern”ə qarşı oyununda (2:1) vurduğu qolu şərh edib.
Apasport.az xəbər verir ki, instaqram səhifəsində paylaşım edən Mahir bunları yazıb:
“Haqqımda çox danışıldı. Həqiqətə uyğun olmayan məlumatlar yazıldı. Amma mən sakit qaldım və israrla öz üzərimdə çalışdım, hörmətimi itirmədim. Nə üçün mübarizə apardığımı göstərdim. Bu, üç xaldan daha vacibdir. Bu məqsəd mənə inananların hamısı üçündür: komanda yoldaşlarım, məşqçilərim və xüsusən də azarkeşlər...Növbəti oyunda görüşərik”.
“Neftçi”də 4 itki - ”ZİRƏ” ilə matçda iştirak edə bilməyəcəklər Vaqif Cavadov: "Futbolçular bunu dərk etməlidir" Ayxan Abbasov: “Böyük məqsəd üçün böyük büdcə lazımdır” “Şamaxı” “Sumqayıt” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB Kurban Berdiyev: “Bu cür davranmalı deyildim”