Mahir Emreli növbəti dəfə uduzub VİDEO

05.04.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Mahir Emreli Almaniya 2-ci Bundesliqasında növbəti məğlubiyyət acısını yaşayıb.

İdman.biz xəbər verir ki, azərbaycanlı futbolçunun formasını geyindiyi "Nürnberq" öz meydanında uduzub.

28-ci tur çərçivəsində keçirilən oyunda nürnberqlilər "Hamburq"a 0:3 hesabı ilə məğlub olublar. Matça ehtiyat oyunçular skamyasında start verən Emreli 57-ci dəqiqədə meydana çıxmaq şansı qazanıb. O, 78-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, ardıcıl ikinci dəfə uduzan "Nürnberq" 41 xalla 9-cu pillədə qərarlaşıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью