Mahir Emreli növbəti turda Nürnberq ə kömək edə biləcək?

29.04.2025

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniyanın "Nürnberq" klubunun azərbaycanlı hücumçusu Mahir Emreli sabahdan ümumi qrupla məşqlərə başlayacaq.

Sportal.az xəbər verir ki, 27 yaşlı forvardın bilək sümüyü sınmışdı. Onun bu gün isə tam hazır olacağı gözlənilir.

Həkim müayinəsindən keçəcək Mahirdə hansısa problem aşkarlanmasa, o, ikinci Bundesliqanın 32-ci turunun "Elversberq"lə oyununa hazırlaşacaq. 

Millimizin üzvü cərrahi müdaxilə olmadan (konservativ üsulla) müalicə olunub.

Qeyd edək ki, "Nürnberq" - "Elversberq" görüşü mayın 4-də baş tutacaq.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью