Mahir Emreli Nürnberq də ən yaxşı göstəricisini təkrarladı

27.04.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunda ən yaxşı göstəricisini təkrarlayıb. Sport24.az-ın araşdırmasına görə, 27 yaşlı hücumçu buna II Bundesliqanın 31-ci turunda "Fortuna Düsseldorf"la oyunda fərqlənməklə nail olub.
Emreli yerli çempionatda ardıcıl üç matçda rəqib qapılarına yol tapıb. O, daha əvvəl "Kayzerslautern"lə qarşılaşmada qol vurub, "Padernborn"la görüşdə dubl etmişdi.
Forvard mövsümün ilk yarısında da II Bundesliqada ardıcıl üç oyunda fərqlənib. Hücumçu oktyabrın 20-də "Qroyter Fyurt", bundan beş gün sonra "Reqensburq", noyabrın 3-də isə "Hamburq"la matçda adını tabloya yazdırıb.
Qeyd edək ki, Mahir Emreli indiyədək II Bundesliqada 8, Almaniya Kubokunda isə 1 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью