Mahir Emreli Nürnberq dən ayrılır?

12.02.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniya mediasında yayılan xəbərlərə görə, Mahir Emreli oynadığı "Nürnberq" klubundan ayrıla bilər. Belə ki, Maqdeburq şəhərinin eyniadlı futbol klubu ilə fevralın 8-də baş tutmuş qarşılaşmadan öncə "Nürnberq"in azərbaycanlı hücumçusunun həmkarları ilə mübahisə etdiyi barədə xəbər yayımlanıb. Bundan sonra Mahir Emrelinin komandadan ayrılmaq qərarına gəldiyi barədə iddialar ortaya çıxıb.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Mahir Emrelinin meneceri Elnurə Emreli 27 yaşlı hücumçunun yeni təkliflər aldığını bildirib.

"Hazırda başqa klublardan təklif var. Mahir bu təklifləri dəyərləndirdikdən sonra yekun qərar qəbul edəcək. Ən yaxşı təklif göndərən komanda ilə razılaşacağıq".

Qeyd edək ki, Mahir Emrelinin "Nürnberq" klubu ilə müqavilə müddəti 2024/25 mövsümünün sonunda başa çatacaq.

Anar Həsənov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью