Mahir Emreli Nürnberq in ən yaxşısı oldu

16.04.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniyanın "Nürnberq" klubunda çıxış edən Mahir Emreli II Bundesliqanın 29-cu turunda "Kayzerslautern"la matçda bir göstəriciyə görə bütün komanda yoldaşlarını qabaqlayıb.  Sport24.az xəbər verir ki, bu barədə yerli "Clubfokus" platforması sosial şəbəkə hesabında məlumat yayıb. 

Emreli sözügedən oyunda dəqiq ötürmələrə görə "Nürnberq"in ən yaxşısı olub. 27 yaşlı forvard 86 faiz dəqiqliklə çıxış edib. 

Qeyd edək ki, qarşılaşma "Nürnberq"in 2:1 hesablı qələbəsi ilə yükunlaşıb. Emreli görüşdə ikinci qolun müəllifi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью