Mahir Emreli oruc tutduğu üçün iştirak ərizəsinə salınmayıb?

10.03.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

Almaniyanın "Nürnberq" klubunda çıxış edən Mahir Emrelinin II Bundesliqanın XXV turunda "Preussen Munster" ilə səfər oyununda iştirak ərizəsində yer almamasının səbəbi bəlli olub. Sport24.az yerli mətbuata istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun Ramazan ayında oruc tutduğu üçün fiziki cəhətdən zəiflədiyi iddia olunub.

Qeyd edək ki, qarşılaşma "Nürnberq"in 1:0 hesablı qələbəsi ilə bitib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью