Mahir Emreli oynadı, komandası xalsız qaldı

07.12.2024

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 15-ci turun oyunları keçirilir.

News24.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Elvesberq"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub. O, 52-ci dəqiqədə sarı vərəqə görüb.

15 turdan sonra aktivində 19 xal olan "Nürnberq" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью