Mahir Emreli oynadı, Nürnberq heçheçə etdi

08.11.2024

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniya 2-ci Bundesliqasında 12-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" doğma meydanda "Kayzerslautern"i qəbul edib.

Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.

Mahir Emreli də bu matçın iştirakçısı olub. 27 yaşlı forvard oyuna start heyətində başlayıb və 73-cü dəqiqədə əvəzlənib.

Xallarını 18-ə yüksəldən "Nürnberq" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью