Mahir Emreli oynadı, Nürnberq qələbə qazandı

31.01.2025

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 20-ci turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" doğma meydanda "Darmştadt"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu matçın iştirakçısı olub. 27 yaşlı forvard oyuna start heyətində başlayıb və 90+3-cü dəqiqədə əvəzlənib. Azərbaycanlı futbolçu 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, 20 turdan sonra aktivsində 28 xal olan "Nürnberq" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью