Mahir Emreli Polşa klubunda vurduğu qolların sayını 6 ya çatdırıb

03.09.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 3 sentyabr, AZƏRTAC

Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Polşanın "Rakuv" komandasının heyətində növbəti qolunu vurub.

AZƏRTAC xəbər verir ki, 29 yaşlı hücumçu Ekstraklasanın V turunun “Qurnik”lə ev matçında fərqlənib.

Meydana start heyətində çıxan forvard görüşün 79-cu dəqiqəsində rəqib qapısına yol tapıb. Lakin azərbaycanlı futbolçunun qolu komandasını məğlubiyyətdən xilas etməyib və qonaqlar yekunda 2:1 hesablı qələbə qazanıblar.

Bu, Mahir Emrelinin “Rakuv”da rəsmi oyunlarda 6-cı qolu olub.

Qeyd edək ki, Polşa çempionatında hələ də xalı olmayan “Rakuv” sonuncu – 18-ci pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью