Mahir Emreli: “Polşada gözəl xatirələrim olub”

13.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Rakuv”un futbolçusu Mahir Emreli Konfrans Liqasında “Hammarbü”yə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, azərbaycanlı hücumçu tədbirdə media nümayəndələrinin suallarını cavablandırıb. O, əvvəlcə “Rakuv”a keçidindən söz açıb:

“Polşada gözəl xatirələrim olub. Keçmiş haqqında danışmaq istəmirəm. İndi burdayam və yalnız “Rakuv”a köklənmişəm. Burda xoş qarşılandım. Meydana çıxıb, sona qədər döyüşmək, komandaya kömək etmək istəyirəm”.

Emreli “Hammarbü” ilə matçdan gözləntilərini bölüşüb:

“Maraqlı oyun olacaq. “Hammarbü” yaxşı təşkilatlanmış komandadır və ilk matçda bunu göstərdilər. Onların sürətli oyunçuları var və topla oynamağı sevirlər. Matçdan əvvəl nələrsə danışmağı xoşlamıram. Oyuna hazırlaşmışıq və sona qədər mübarizə aparacağıq. İnanıram ki, yaxşı nəticə əldə edə biləcəyik”.

“Hammarbü” – “Rakuv” oyunu 21:00-da start götürəcək. Komandalar arasındakı ilk oyun qolsuz başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью