Mahir Emreli qələbəni belə qeyd etdi VİDEO

12.09.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Polşanın Ekstraklasa liqasında mübarizə aparan "Rakov" doğma azarkeşləri önündə "Motor"u 2:1 hesabı ilə məğlub edərək vacib üç xalı aktivinə yazdırıb. Milli komandamızın hücumçusu Mahir Emrelinin də ilk 11-likdə yer aldığı və oyunda aktivliyi ilə seçildiyi gərgin matçdan sonra komandanın paltardəyişmə otağında əsl bayram əhval-ruhiyyəsi yaşanıb.

“Yeni Sabah” xəbər verir ki, qarşılaşmada hesabı qonaqlar açsa da, "Rakov" Patrik Makuxun dublu sayəsində geridönüş edərək qələbəni təmin edib. Hücum xəttində effektli təsir bağışlayan və rəqib qapısı önündə təhlükəli anlar yaradan Mahir Emreli oyun bitdikdən sonra komanda yoldaşları ilə birlikdə bu uğuru coşqu ilə qeyd edib.

Paltardəyişmə otağında çəkilən kadrlar sosial şəbəkələrdə geniş maraq doğurub. Videoda azərbaycanlı hücumçunun komandanın qələbə mahnılarına şövqlə qoşulduğu, qələbə sevincini komanda yoldaşları ilə bölüşdüyü görünür. Sezar pizza

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью