Mahir Emreli qərarını verdi bu kluba keçməyəcək

22.04.2025

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan millisinin hücumçusu Mahir Emreliyə Almaniya 2-ci Bundesliqasında yarışan “Herta”dan təklif gəlməsi barədə xəbər vermişdik.

Sportal.az saytına verilən məlumata görə, Emreli “Herta”nın təklifindən imtina edib.

Onun “Nürnberq”də qalmaq istəyində olduğu bildirilir. Lakin hələ ki bu klubla da yeni müqavilə ilə bağlı konkret razılıq əldə olunmayıb. 27 yaşlı hücumçunun yeni sezona hansı komandada başlayacağı mövsümün sonunda dəqiqləşəcək.

Qeyd edək ki, Mahir mövsümün əvvəlində “Nürnberq”lə 1 illik müqavilə imzalamışdı. Tərəflər arasında danışığa əsasən razılaşdırılmışdı ki, “Nürnberq” yüksək liqaya çıxmayacağı təqdirdə, Emreli azad agent statusuna malik olacaqdı. Hər halda, azərbaycanlı futbolçu hazırkı komandasında qalmaq qərarı da verə bilər.
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью