Mahir Emreli Rakuv un heyətində yeddinci qolunu vurub

27.11.2026

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunun heyətində növbəti qolunu vurub.

AZXEBER.COM-un məlumatına görə, 29 yaşlı hücumçu Polşa çempionatının XVI turunda "Pias"a qarşı keçirilən ev oyununda fərqlənib.

Start heyətində meydana çıxan Mahir Emreli 59-cu dəqiqədə komandasının 0:2 hesabı ilə geridə olduğu matçda fərqi azaldıb.

Bu, Azərbaycan millisinin üzvünün "Rakuv"dakı yeddinci qolu olub.

Qarşılaşma hazırda davam edir.

Qeyd edək ki, Mahir Emreli bu il iyulun 17-də "Rakuv"a keçib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью