Mahir Emreli “Rakuv”da 3 cü qolunu vurdu

20.08.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Mahir Emreli “Rakuv”da 3-cü qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa təmsilçisi “Rakuv”un heyətində növbəti qolunu vurub.

QOL.az xəbər verir ki, 29 yaşlı hücumçu bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Hayduk”la (Xorvatiya) səfər matçında fərqlənib.

Start heyətdə meydana çıxan Emreli 27-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub.

Hazırda 1-ci hissə gedir və hesab 1:1-dir.

Bu, Emrelinin "Rakuv"da 3-cü qoludur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью