Mahir Emreli “Rakuv”un heyətində növbəti dəfə fərqləndi VİDEO

27.08.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunda növbəti qolunu vurub.

İdman.Biz xəbər verir ki, 29 yaşlı hücumçu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Xorvatiyanın “Hayduk” komandasına qarşı görüşdə fərqlənib.

Qarşılaşmada hesabı birinci dəqiqədə “Hayduk”un futbolçusu Ron Raçi açıb. “Rakuv” 61-ci dəqiqədə Məhəmməd Lamin Diabinin penaltisi ilə hesabı bərabərləşdirib.

66-cı dəqiqədə Mişel Seqonun qolu Xorvatiya təmsilçisini yenidən önə keçirib.

Mahir Emreli 88-ci dəqiqədə fərqlənərək hesabı 2:2-yə çatdırıb.

Əlavə vaxtın 94-cü dəqiqəsində Roka Puksta “Hayduk”u 3:2 hesabı ilə önə keçirib.

Qeyd edək ki, ilk oyun 2:2 hesabı ilə başa çatıb. Emreli həmin görüşdə də qol vurub.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью