Mahir Emreli rəmzi komandaya düşdü

19.05.2025

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Nürnberq”də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli II Bundesliqa XXXIV turun rəmzi komandasına düşüb.

Futbolpress.az xəbər verir ki, “Braunşveyq”lə oyunda (4:0) het-trik edən forvard ən yaxşı “11-liy”ə seçilib.

Mahir sonuncu dəfə “Nürnberq”lə oyuna çıxıb. O, klubla müddəti bitən müqaviləsini yeniləməyəcək.

Emreli bu mövsüm II Bundesliqada 24 oyunda 10 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью