Mahir Əmrəli Roma ilə matçın ilk yarısında oynayıb

27.07.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan millisinin hücumçusu Mahir Əmrelinin çıxış etdiyi Almaniyanın “Kayzerslautern” klubu İtaliyanın “Roma” klubu ilə yoldaşlıq oyunu keçirib.

İdman.biz xəbər verir ki, Kayzerslauterndə keçirilən görüşün ilk hissədə oynayan Emreli sonra əvəzlənib.

Qarşılaşma A seriyası təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu, “qırmızı şeytanlar”ın II Bundesliqada mövsüm başlamazdan əvvəl sonuncu yoldaşlıq görüşü olub. Avqustun 3-də komanda yeni mövsümə “Hannover”lə oyunla başlayır.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью