Mahir Emreli Roma və Cenoa ya qarşı oynaya bilər

25.06.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mahir Emrelinin müqavilə imzaladığı Almaniyanın “Kayzerslautern” klubu yeni mövsüm öncəsi bir neçə təlim-məşq toplanışı və yoldaşlıq oyunu keçirəcək.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün ilk dəfə bir araya gələn “qırmızı şeytanlar” iyunun 28-də “Hermersberq”lə ilk yoldaşlıq görüşünü keçirəcək. İyulun 5-də komanda Reutlingenin 120 illiyi şərəfinə mini-turnirdə iştirak edəcək və burada “Sankt-Qallen”lə (İsveçrə) klubu ilə qarşılaşacaq.

İyulun 12-də “Kayzerslautern” daha bir yoldaşlıq oyununu “Notts Kaunti”yə qarşı oynayacaq. İyulun 13-dən 20-dək “qırmızı şeytanlar” Cənubi Tirolda (İtaliya) olacaq və burada iyulun 19-da A Seriyasının “Cenoa” klubu ilə üz-üzə gələcək.

Kayzerslauternə qayıtdıqdan sonra eyniadlı komanda A Seriyasının digər təmsilçisi “Roma” ilə 125 illik yubileyi şərəfinə son hazırlıq matçına çıxacaq. Bu oyun iyulun 26-da təşkil olunacaq.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью