Mahir Emreli son anda ŞOK TƏKLİF aldı!

07.06.2025

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin hücumçusu Mahir Emreliyə gözləmədiyi təklif gəlib.

Ölkə.Az sportinfo-ya istinadən xəbər verir ki, son 1 ildə formasını geyindiyi «Nürnberq»də qalmayan forvard karyerasını İngiltərədə davam etdirə bilər.

Çempionşipdə mübarizə aparan «Hall Siti» 27 yaşlı qolçuya dəvət göndərib.

Türkiyəli iş adamı Acun İlcalının sahibi olduğu klub onunla 2 illik müqavilə bağlamaq niyyətindədir. Böyük Britaniya təmsilçisi Mahirin meneceriylə bu yöndə danışıqlara start verib.

Mövsümün əvvəlində Zaqreb “Dinamo”sundan II Bundesliqa komandasına keçən Mahir Emreli çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb.

Azərbaycanlı hücumçu ilə Bundesliqa təmsilçisi “Sankt Pauli” və “Kayzerslautern”in maraqlandığı deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью