Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mahir Emrelinin Almaniyanın 2-ci bundesliqasının 20-ci turu çərçivəsində növbəti oyuna çıxdığından xəbərdarsız.Xatırladaq ki, həmyerlimiz komandasının - "Nürnberq"in evdə "Darmştadt"ı məğlub etdiyi görüşdə start heyətində meydana çıxıb və 90+3-cü dəqiqədə əvəzlənib.
Həmçinin, o, 90-cı dəqiqədə sarı vərəqəylə üzləşib. Bəs, futbolçumuz matçda başqa nə ilə yadda qalıb?"Football-plus.az" "Kicker"ə istinadla
Onun qapıya daha iki zərbəsi isə qeyri-dəqiqlik üzündən xoşbəxt sonluqla tamamlanmayıb.
Oyunçu matç ərzində yaşanan təkbətək mübarizələrin yarısında qalib gəlib. Bunlardan ikisi hava mübarizəsi olub ki, Mahir birində uduzub.
Üç dəfə qayda pozuntusuna yol verən futbolçu bir dəfə ofsayda düşüb.Göründüyü kimi, Emrelinin performansını qənaətbəxş saya bilərik.
Lakin 2-ci bundesliqada meydana çıxdığı 14 qarşılaşmada 6 sarı vərəqə alması ürəkaçan məsələ deyil.Xatırladaq ki, həmyerlimiz "Nürnberq"in heyətində keçirdiyi 15 matçda (biri Almaniya kuboku olmaqla - red.) 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.KƏNAN BAHADIR Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.