Mahir Emreli start heyətdə

19.04.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Almaniya 2-ci Bundesliqasında 30-cu turun oyunları davam edir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” bu gün öz meydanında "Paderborn”la qarşılaşacaq.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq matçın heyətləri açıqlanıb. Ötən tur “Kayzerslautern”la görüşdə vacib qol vuran Mahir Emreli start heyətində yer alıb.

Hazırda "Paderbonr" 45 xalla 7-ci,  "Nürnberq" isə 44 xalla 8-ci pillədə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью