Mahir Emreli start heyətdə çıxdı, komandası heçheçə etdi

01.12.2024

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” bu gün Almaniya 2-ci Bundesliqasında növbəti oyuna çıxıb.

QOL.az xəbər verir ki, komanda 14-cü turda öz meydanında “Düsseldorf"la qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə başa çatıb.

Mahir start heyətdə yer alıb və 74-cü dəqiqədə Lukas Şlaymerlə əvəzlənib. 

Qeyd edək ki, "Nürnberq" turnir cədvəlində 19 xalla 12-ci, "Düsseldorf" isə 22 xalla 8-ci pillədə qərarlaşıb.

1 dekabr

"Nürnberq" - "Düsseldorf" - 2:2 

Qollar: Yelts, 15 (1:0), Yohanesson, 67 - pen. (1:1), Tzimas, 85 (2:1), Yustvan, 90+1 - avtoqol (2:2)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью