Mahir Emreli üçün hərəkətə keçdilər Superliqa klubuna doğru

08.07.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Kayzerslautern” və Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu yay iş yerini dəyişməyə yaxındır. 

Sportal.az saytına verilən məlumata görə, Emreliyə daha bir təklif Yunanıstan Superliqasından gəlib.

Belə ki, yüksək liqa təmsilçisi “Levadiakos” Mahir üçün hərəkətə keçib. Onlar millimizin üzvü üçün APOEL-lə mübarizə aparır.

“Kayzerslautern”lə müqavilə müddəti 2027/2028 mövsümünün sonuna qədər olan Emreli özü Almaniyanı tərk etməkdə israrlıdır.
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью