Mahir Emreli üçün “Kayzerslautern”ə təklif göndərdilər

15.06.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Kayzerslautern"in hücumçusu Mahir Emreli karyerasını Kiprdə davam etdirə bilər.

Milli.Az xəbər verir ki, APOEL Azərbaycan millisinin üzvünün transferi üçün Almaniya klubuna rəsmi müraciət edib.

Nikosiya təmsilçisi 28 yaşlı futbolçunun keçidini yay transfer pəncərəsi zamanı həll etmək niyyətindədir.

Mənbənin məlumatına görə, Mahir "Kayzerslautern"də kifayət qədər oyun şansı qazanmadığı üçün komandadan ayrılmağa müsbət yanaşır. APOEL isə hücumçunu transfer siyahısındakı əsas namizədlərdən biri hesab edir.

Almaniyanın "Der Betze brennt" nəşri də Kipr klubunun Mahir üçün təklif göndərdiyini yazıb./Sportinfo.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью