Mahir Emreli yenə heyətdə yoxdur Getməsi ehtimalı güclənir

21.02.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

Bu gün Almaniya 2-ci bundesliqasında  23-cü tura start verilir.

QOL.az-ın xəbərinə görə, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” “Herta”nın qonağı olacaq. Bakı vaxtı ilə saat 21:30-da başlanacaq matçın bir qədər açıqlanan iştirak ərizəsində M.Emrelinin adı yoxdur.

Qeyd edək ki, 28 yaşlı futbolçunun adı ötən tur da sifariş ərizəsinə salınmamışdı. M.Emreli Almaniyaya getidiyi ötən yaydan ilk dəfədir  zədəsi və ya cəzası olmadığı halda ardıcıl 2 oyunda matçda iştirak etmir. 

M.Emrelinin daha əvvəlki matçlarda ehtiyatqa qalmasına görə baş məşqçi Miroslav Klozedən narazı olduğu haqda xəbərlər yayılmışdı.

Daha bir məlumata görə, Emreli tezliklə “Nürnberq”i tərk edərək Cənubi Koreyanın “Seul” klubuna keçəcək. Emrelinin bugunkü qarşılaşmanın da iştirak ərizəsində olmaması həmin ehtimalları daha da gücləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью