Mahir Emreli yenə heyətdən kənarda qaldı

18.10.2025

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də klubu "Kayzerslautern" 2-ci Bundesliqada 9-cu tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda səfərdə "Karlşluher"lə qarşılaşıb.

Göüş "Kayzerslautern"in 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli bu matç üçün iştirak ərizəsində yer almayıb. 27 yaşlı hücumçu əvvəlki 5 görüşdə də baş məşqçi Torsten Liberknextin qərarı ilə sifariş vərəqinə daxil edilməmişdi.

Hazırda "Kayzerslautern" turnir cədvəlində 18 xalla 4-cüdür.

Xatırladaq ki, M.Emreli bu yay "Kayzerslautern"ə transfer olunub. O, hazırkı mövsümdə cəmi 3 bundesliqa oyununda meydana çıxıb və qol vura bilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью