Mahir Emreli yenə qol vurdu, Nürnberq 3:0 ı əldən verdi VİDEO

27.04.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Almaniya 2-ci Bundesliqasında 31-ci turun oyunları keçirilir. 

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" də növbəti matçına çıxıb. 

Səfərdə "Fortuna" ilə qarşılaşan "Nürnberq" oyunun gedişində 3 top fərqi ilə önə keçsə də, düsseldorflular 3 dəfə fərqlənərək, bir xalı xilas ediblər.

Mahir bu oyunda növbəti qolunu vurub. Yığmamızın hücumçusu görüşün 45+4-cü dəqiqəsində komandasının ikinci topunu vurub. Bu, Mahirin son 3 turda 4-cü, bu mövsüm 7-ci qolu olub.

Bu nəticədən sonra Emrelinin komandası 45 xalla 8-ci pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью